Show

23 Yanvar

"Azərbaycan Beynəlxalq Bankı" işçi axtarır – VAKANSİYA

“ABB” ASC Təşkilati işlər və metodologiya departamentinin Ümumi şöbəsinəReferent – katib vakansiyası elan edir.

Özünə və peşəkar qabiliyyətlərinə güvənən, davamlı fərdi inkişafa və bərabər imkanlar mühitində karyera irəliləyişlərinə can atan, ən əsası isə Azərbaycan Beynəlxalq Bankı komandasının fəal üzvü kimi sağlamlaşdırma prosesində Bankın yeni uğur hekayəsinin bir hissəsinə çevrilmək istəyən hər bir uyğun namizəd bu imkanı dəyərləndirə bilər.

Komanda ruhunun gücünü hiss etmək, öz potensialınızı belə bir mühitdə reallaşdırmaq, daim öyrənərək biliklərinizi başqaları ilə də paylaşmaq və layiq olduqlarınızı əldə etmək üçün Sizi Azərbaycan Beynəlxalq Bankınınyaratdığı bu imkandan faydalanmağa çağırırıq.

 

Görəcəyiniz işlər:

  • Qonaqların gəlişi barəsində onları qəbul edəcək şəxsləri məlumatlandırmaq və bütün qonaqlara onların təyinatı ilə bağlı hər hansı gecikmə və ya problem barəsində bildirmək;
  • Gələnlərin qeydiyyatını aparmaq;
  • Bütün qonaqlara xüsusi diqqətlə yanaşmaq və onlara yüksək keyfiyyətli xidmət, diqqət və yardımının göstərilməsini təşkil etmək
  • Məktubların müvafiq vasitələrdən istifadə etməklə qeydiyyatının aparılması və bazasının formalaşdırılması;
  • Daxil olan zəngləri cavablandırmaq;
  • Daxil olan müraciətləri qeydə almaq;
  • Rəhbərlik tərəfindən verilən tapşırıqları yerinə yetirilmək.

 

Bizim üçün ideal namizəd:

 

  • Ali təhsili olan;
  • Azərbaycan,rus dillərini mükəmməl və ingilis dilini yaxşı səviyyədəbilən;
  • Ünsiyyət qurmağı sevən və bunu ustalıqla, bacarıqlı və aydın şəkildə apara bilən;
  • Kompüterdə iş bacarığı – MS Office proqramlarını bilən, 1C proqramı bilikləri üstünlükdür.

 

Əgər bizim axtardığımız namizəd Sizsinizsəöz CV-lərini  10fevral2020-ci il tarixinədək [email protected] elektron ünvanına göndərə bilərlər.

Məktubun mövzu hissəsində müraciət edilən vəzifə adının “Referent - katib” şəklində göstərilməsi xahiş edilir. Əks təqdirdə, müraciətiniz nəzərdən qaça bilər.

İşəqəbul prosesinin növbəti mərhələsi üçün yalnız seçilmiş namizədlərlə əlaqə saxlanacaq.

Əlavə məlumat üçün: www.ibar.az