Kapital Bank namizədləri Sahil, Qaradağ və Şamaxı filialları üçün Əməliyyatçı-Kassir vəzifəsinə müraciət etməklə peşəkar komandanın üzvü olmağa dəvət edir.
Öhdəliklər :
- Müştərilərə xidmət;
- Mərkəzi Bankın və Kapital Bankın daxili prosedurlarına əsasən bank məhsullarının satışı;
- Dövlət rüsumlarının və kommunal ödənişlərin qəbulu;
- Ödəniş kartları üzrə əməliyyatların aparılması;
- Müştərilərin hesabları üzrə mədaxil və məxaric əməliyyatlarını həyata keçirmək;
- Əməliyyat gününün sonunda xəzinədəki nağd pul vəsaitlərinin və digər dəyərlilərin filial müdiri və baş mühasibin iştirakı ilə sayılıb balans məlumatları ilə tutuşdurmaq;
- Gün ərzində hazırlanmış sənədləri müvafiq qaydada arxivləşdirmək və s.
Tələblər :
- Ali təhsil;
- Müvafiq sahə üzrə iş təcrübəsi arzuolunandır;
- Riyazi hesablama və analitik mühakimə etmək qabiliyyəti;
- Azərbaycan dilində sərbəst danışmaq bacarığı, İngilis və Rus dilləri üzrə dil bilikləriarzu olunandır;
- MS Office (Word, Excel) proqramları üzrə biliklər;
- Gərgin iş qrafikində işləmək bacarığı;
- Əla ünsiyyət bacarıqları;
- Məsuliyyət, işdə dəqiqlik, düzgünlük və detallara fikir vermək qabiliyyəti və s.
Biz Sizə stabil iş yeri, dinamik inkişaf, yüksək əmək haqqı və peşəkar kollektivdə çalışmaq imkanı təqdim edirik! Əgər təklifimiz Sizə maraqlıdırsa, "mövzu" bölməsində "Əməliyyatçı-Kassir" qeyd etməklə CV-nizi [email protected] ünvanına göndərin.