Namizədə tələblər:
Kömpüter bilikləri: MS office (əla), 1C (əla) və Akinsoft (arzu olunan);
Dil bilikləri: Azərbaycan dili (əla), İngilis dili (yaxşı), Rus dili (arzu olunan);
Təhsil: Maliyyə və ya mühasibatlıq sahəsi üzrə min. Bakalavr təhsili;
İş təcrübəsi: Müvafiq sahə üzrə min. 5 il
Yaş: 30-40
Fərdi keyfiyyət tələbləri:
- Problem həll etmək bacarığı:
- Məsuliyyət, düzgünlük, dəqiqlik və etibarlılıq kimi müsbət göstəricilər;
- Ünsiyyətqurma və komandada işləmək bacarığı;
- Analitik təhlil və operativlik bacarığı;
Öhdəliklər:
Vergi və mühasibat uçotunun aparılması;
Vergi hesabatlarının hazırlanması (ƏDV; ÖMV; Mənfəət, gəlir vergisi);
İşsizlikdən sığorta, MDSS hesabatlarının hazırlanması;
Statistika hesabatlarının hazırlanması;
Gömrük bəyannamələri ilə bağlı əməliyyatların icrası;
Əmək haqqı, məzuniyyət, xəstəlik və ezamiyyə vərəqəsi üzrə hesablamaların aparılması;
Elektron qaimə fakturaların hazırlanması, göndərilməsi və qəbulu;
Onlayn kargüzarlıq sistemində Vergilər Nazirliyi və digər vergi ödəyiciləri ilə mavafiq yazışmalar aparmaq, tələblərə uyğun cavab vermək:
Bank və kassa əməliyyatları;
Debitor-kreditor borcların təhlili və hesablaşmalar:
Anbar hesabatı:
Aylıq, rüblük və illik mühasibat sənədlərinin, hesablaşmaların (üzləşmə və təhvil-təslim aktları üzrə tələb və dəyərləndirmələr və s) və ödəniş öhdəlikləri;
Vəzifə maaşlarının təyini, dəyişdirilməsi, mal-material qiymətlilərinin dövriyyəsinə nəzarət;
Mühasibat sənədlərinin müəyyən edilmiş qaydada və vaxtda arxivə təhvil verilməsi;
Mühasibat hesabları, ştat, kassa, anbar, satış hərəkətlərinə (proseslərinə) nəzarət və yaranmış çatışmazlıqların həlli.
İş şərtləri:
AR Əmək Məcəlləsinə əsasən sənədləşmə;
İş qrafiki: Həftədə 5 iş günü ( 9:00-18:00);
İstirahət günü: Şənbə, Bazar;
Nahar: Şirkət tərəfindən;
İş yeri: Xırdalan şəhəri, Bakı-Quba şossesninin şərqi 18 A
Əmək haqqı: Müsahibə əsasında.
Müraciət forması:
Uyğun namizədlərdən cv-lərini mövzu yerinə “Aparıcı mühasib” yazmaqla [email protected] mail ünvanına göndərmələri xahiş olunur.
Yalnız vakansiya tələblərinə cavab verən seçilmiş namizədlərlə əlaqə saxlanılacaq.