Show

21 Yanvar

"PASHA Life" işçi axtarır – VAKANSİYA

Struktur bölmə : Əlaqə mərkəzi şöbəsi
Vəzifə : Kiçik mütəxəssis
Əmək haqqı : Ştat cədvəlinə uyğun olaraq
İş saatları (iş rejimi) : 09:00-18:00
Son müraciət tarixi : 31 yanvar 2020-ci il

Əsas vəzifə öhdəlikləri:

1. Əlaqə Mərkəzinə daxil olan zəngləri müştəri xidmət standartlarına uyğun cavablandırmaq;
2. Online çat və rəsmi sayt vasitəsilə daxil olan müraciətləri yazılı cavablandırmaq;
3. Cari və potensial müştərilərə konsultasiya verilməsi;
4. Müştərilərə əvvəlcədən müəyyən olunmuş sorğular əsasında çıxış zənglərinin olunması;
5. Müraciət edən potensial muştərilərin müraciətlərinin qeydiyyatı və müvafiq şöbələrə göndərilməsi;
6. Debitor məbləği olan müştərilərə zənglər etmək və sığorta haqqlarının ödənilməsini təqib etmək.

Namizədə olan tələblər:

İş təcrübəsi : Tələb edilmir;

Təhsili/ixtisası : İstənilən ixtisas üzrə ali təhsil tələb olunur;
Dil bilikləri : Azərbaycan və rus dilləri yüksək səviyyədə bilməlidir;

Kompüter bilikləri: MS Office;

Üstünlüklər: İngilis dilini bilənlərə və sahə üzrə iş təcrübəsi olanlara üstünlük veriləcəkdir;

Fərdi keyfiyyət tələbləri : Nəticəyə əsaslanma, komanda işi və əməkdaşlıq, biznes tərəfdaşlığı, inam yaratma, təsir göstərmə.

İmtiyazlar: Könüllü tibbi sığorta : 3 ay sonra işçinin özünün və öhdəliyindəki ailə üzvlərinin könüllü tibbi sığortası.

Digər məlumatlar:

Ünvan: Bakı şəhəri, Nərimanov rayonu, Mayakovski küçəsi 15
Əlaqə vasitələri : www.pasha-life.az ; (012) 942

Vakansiya üçün müraciət qaydası : Namizədlər //pasha-life.az/about?lang=az#career keçidinə daxil olmaqla “Əlaqə mərkəzi şöbəsinin kiçik mütəxəssisi” vakansiyasının təsviri forması ilə tanış olub, səhifənin sonunda yerləşən “Müraciət et” bölməsindən istifadə etməklə elektron qaydada müraciət etməlidirlər.