Show

21 Yanvar

"SOCAR Polymer" işçi axtarır – VAKANSİYA

Texniki Xidmət üzrə Mühəndis
Şöbə: Mühəndislik və Texniki Xidmət
İş yeri: Sumqayıt

VƏZİFƏ ÖHDƏLİKLƏRİ

• Texniki xidmətin qiymətləndirilməsi üzrə təkbaşına məsul şəxs (SPA) qismində fəaliyyət göstərmək, müəyyənləşdirilmiş boşluqları aradan qaldırmaq üçün boşluqların qiymətləndirilməsi və texniki işlənmə planını tərtib etmək, işin icra gedişini izləmək;
• Kənar tərəfinhəyata keçirdiyi təhlükəsizlik, texniki və istismar auditi iləəlaqədar texniki xidmət üzrə təkbaşına məsul şəxs (SPA) qismində fəaliyyət göstərmək, boşluqların müəyyənləşdirilməsinə və aradan qaldırılmasına görə cavabdehlik daşımaq;
• Texniki xidmət üzrə iş planlarının, prosedurların və tapşırıqların işlənib hazırlanması, nəzərdən keçirilməsi və CMMS sisteminə daxil edilməsinə görə məsuliyyət daşımaq;
• İstismar /texniki xidmət üzrə ehtiyat hissələrininbütün min/maksehtiyat səviyyəsinə nəzarət etmək;
• Ticarət və ya sənaye sahələrinin əlaqələndirilməsi ilə qısa, orta və uzunmüddətli texniki xidmət planlarını və qrafiklərini işləyib hazırlamaq və onların icrasına təminat vermək;
• Tamamlanma və avadanlıqların qəza təmirindən əldə olunan təcrübəni profilaktik texniki xidmət cədvəllərinə və lazım gəldikdə, plandankənar texniki xidmətə daxil etmək;
• Fəaliyyətin optimallaşdırıldığına, avadanlıqların etibarlılığının və icra göstəricilərinin təkmilləşdirildiyinə təminat vermək üçün profilaktik texniki xidmət cədvəlinin məzmununun düzgünlüyünü nəzərdən keçirmək;
• Əsas vəsaitlər üzrə bütün biznes risklərinin idarə olunduğu Texniki İcra Zəmanətini təqdim etmək;
• Dəyişən ehtiyacları yerinə yetirmək üçün lazımi qurğu və ya prosedur modifikasiyalarına dəstək göstərmək və cüzi qurğu modifikasiyalarıüçün iş üzrə məsul şəxs qismində fəaliyyət göstərmək;
• Texniki xidmət tədbirlərinin işlənib hazırlanmasına və təkmilləşdirilməsinə töhfə vermək;
• Ümumi texniki xidmət strategiyalarının işlənib hazırlanmasına töhfə vermək;
• Layihələrdə bütün texniki xidmət aspektlərini idarə etmək və onları həyata keçirmək;
• Podratçılar və təchizatçılar üçün texniki xidmət strategiyası planlarını nəzərdən keçirmək, təkmilləşdirmək və təsdiq etmək;
• Texniki xidmət vasitələri, xüsusi alətlər və texniki xidmət üzrə sərfiyyat materiallarının saxlanılması və izlənilməsinə görə məsuliyyət daşımaq;
• Avadanlıqların tarixçəsinə aid məlumatlarının qorunub saxlanılmasına görə məsuliyyət daşımaq.

VƏZİFƏYƏ OLAN TƏLƏBLƏR

Funksional

• Sənaye avadanlıqları və onların hissələrinə barədə barədə dərin anlayışa malik olmaq;
• Texniki xidmət proqramları və onların SAP PM-ə inteqrasiyası barədə güclü biliyə malik olmaq;
• Sərbəst surətdə, habelə müxtəlif sahələr ilə (yəni, nəzarət-ölçü cihazları və nəzarət-idarəetmə, texnoloji proses, mexanika və etibarlılıq və s.) qarşılıqlıəlaqə zamanı kollektivin tərkibində işləmək bacarığına malik olmaq;
• Təshihedici, proqnozlaşdırıcı və qabaqlayıcı texniki xidmət strategiyalarının praktiki tətbiqi barədə arzuolunan biliyə malik olmaq;
• Təmir, texniki baxış vəəsaslı təmir zamanı işlədilən alətlərin və metodların istifadəsi barədə biliyə və təcrübəyə malik olmaq;
• Yüksək enerji tutumuna malik elektrik avadanlıqları ilə işləyərkən tətbiq olunan texniki təhlükəsizlik tədbirləri barədə təsəvvürə malik olmaq;
• Nasazlığın xarakteri, onların araşdırılması və hesabatlılıq barədə məlumatlı olmaq.

Davranış

• Mükəmməl təhlil bacarıqlarına malik olmaq;
• Texniki bilikləri aydın və başa düşülən tərzdə çatdırmaq bacarığına malik olmaq.

Təhsil və təcrübə

• Texniki xidmət və ya oxşar sahədə bakalavr dərəcəsinə malik olmaq;
• Minimum 7-10 il sənaye təcrübəsinə malik olmaq;
• Azərbaycan, rus və texniki ingilis dillərində səlis danışıq və yazı bacarıqlarına malik olmaq.

MÜRACİƏT PROSEDURU

Maraqlanan namizədlər aşağıdakı linkə daxil olub müraciət formasını doldurmalıdırlar:
//socarpolymer.az/az/career/experienced-professionals/

Bu vakansiya Azərbaycan vətəndaşlarına və ya Azərbaycanda daimi yaşamaq hüququna malik olan şəxslərə şamil edilir. Bütün münasib müraciətlər heç bir ayrı-seçkilik olmadan bərabər imkanlar əsasında nəzərdən keçiriləcək və qiymətləndiriləcəkdir.

Son müraciət tarixi: 21 Fevral 2020-ci il