METAK Qaynaqçı vəzifəsinə işçi axtarır.
Namizədə tələblər:
• Orta-texniki təhsili;
• Qaynaq üzrə müvafiq sertifikasiyaya malik olmalı;
• Analoji sahədə ən azı 3 il iş təcrübəsi;
• İşə məsuliyyət, təmkinli davranış.
Bilməlidir:
• Elektrik qaynaq avtomat və yarım avtomatların, tutqacın oksigen və qaz balonlarının, reduktor priborunun, qaz qaynağı və kəsən aparatların, qaz generatorların quruluşunu və iş prinsipini;
• Qaynaq zamanı müdafiənin təmin olunması qaydalarını;
• Qaynaq birləşmələrinin növlərinin və tikişin tipini;
• Qaynaq olunacaq məmulatların qaynağa hazırlanması qaydalarını;
• Qaynaq zamanı istifadə olunacaq elektrodların, metalların tərkibini və növünü.
İş barədə məlumat:
• Elektrik və qaz qaynağı aparatlarının işə hazır vəziyyətə gətirmək.
• Elektrik və qaz qaynağı işlərini həyata keçirir və görülən işin keyfiyyətinə nəzarət etmək.
• Vəzifə təlimatına əsasən digər əmək funksiyalarını yerinə yetirmək.
İş şəraiti:
• AR Əmək Məcəlləsinə uyğun sənədləşmə
• 6 günlük iş həftəsi
• Nahar şirkət tərəfindən verilir
• Nəqliyyat xidməti şirkət tərəfindən göstərilir
• Əmək haqqı danışıq əsasında
Maraqlanan şəxslər rəsmi saytda onlayn-anketi dolduraraq //www.metak.az/resume/resume.php?vid=21 və ya [email protected] ünvanına CV göndərərək, 17.02.2020 – ci, il tarixinə kimi müraciət edə bilərlər.
Yalnız göstərilən meyarlara uyğun olan namizədlər müsahibəyə çağırılacaqlar.