Show

17 Yanvar

166 Yükdaşıma və Logistika işçi axtarır – VAKANSİYA

166 Yükdaşıma və Logistika SƏTƏM üzrə mütəxəssis vəzifəsinə işçi axtarır. 

İş barədə məlumat

- Müəssisənin bütün işçilərinin və əraziyə yeni gəlmiş qonaqların SƏTƏM qaydaları ilə tanış edilməsi
- İş yerlərində əməyin mühafizəsi və texniki təhlükəsizliyinə nəzarət edilməsi, giriş təlimatlarının aparılması və bu barədə rəhbərliyə, işçilərə məlumat verilməsi və əməl edilməsinə nəzarət edilməsi
- Əməyin mühafizəsi üzrə qanunvericilik və digər normativ hüquqi aktların tələblərinə uyğunluğu qiymətləndirmək məqsədi ilə dövrü qiymətləndirilmələrin aparılmasında iştirak edilməsi
- İş şəraiti, avadanlıqlar, işin təhlükəsizlik standartlarına və qanunun tələblərinə uyğunluğunun təmin edilməsi
- İş yerlərində proses və avadanlıqla əlaqədar təhlükələrin təyin edilməsi, risklərin qiymətləndirilməsi, zəruri tədbirlərin alınmasında iştirak edilməsi və alınan tədbirlərə əməl olunmasına nəzarət edilməsi
- İş prosesində zədələnmənin səbəblərinin təhlili və qarşısının alınması üçün tədbirlərin hazırlanması və təhlil edilməsi
- Müəssissədə baş verə biləcək bədbəxt hadisələrin qarşısını alınması və bu sahədə profilaktik tədbirlərin görülməsi və bu proesesə nəzarət edilməsi
- Gündəlik olaraq şöbə və sahə yoxlamalarının aparılması , uyğunsuzluqların aşkar edilməsi, aradan qaldırılması istiqamətində tədbirlərin görülməsi
- Baş vermiş bədbəxt hadisələrin təhqiqatını aparılması, peşə xəstəliklərinin, bədbəxt hadisə ilə nəticələnən hadisəni törədən səbəblərin müəyən edilməsi, hadisələrin bir daha baş verməməsi üçün tədbirlər planının hazırlanmasında iştirak və müəyyən edilmiş səbəblərin aradan qaldırılmasına və tədbirlər planının həyata keçirilməsinə nəzarət edilməsi
- Fərdi mühafizə vasitələrinin düzgün tətbiq edilməsinin, avadanlıqların, mühafizə vasitələrinin müvafiq xidmətlər tərəfindən zəruri sınaqlarının və texniki müayinənin vaxtında keçirilməsinin, qoruyucu və mühafizə vasitələrinin vəziyyətinin, xüsusi geyimlərin, xüsusi ayaqqabıların və digər fərdi mühafizə vasitələrinin saxlanılmasının və verilməsinin nəzarətdə saxlanılması
- Yanğından mühafizə vasitələrinin, balonların işlək vəziyyətdə olmasının təmin edilməsi, fövqəladə hallar zamanı görüləcək işlər, təxliyə planı barədə işçilərin təlimatlandırılması
- Vaxtaşırı rəhbərliyə hesabatların verilməsi

Namizədə olan tələblər

- Ali təhsil ( Texniki təhsil arzuolunandır )
- SƏTƏM üzrə tələb olunan uyğun sertifikatların olması
- SƏTƏM və ya əməyin təhlükəsizliyi üzrə ən azı 2 il iş təcrübəsi
- Microsoft Office proqramlarında sərbəst işləmə bacarığı
- Stressə davamlı, dürüst və analitik düşünmə bacarığı
- Məsuliyyətli, ünsiyyətcil və aktiv olmalıdır
- Azərbaycan dilini mükəmməl səviyyədə bilməlidir (rus və ingilis dilləri arzuolunandır)

E - mail : [email protected]