“PAŞA Sığorta” ASC namizədləri Satış kanalları üzrə assistent vəzifəsinə müraciət etməklə peşəkar komandanın üzvü olmağa dəvət edir.
Vəzifə və Öhdəliklər:
• Mövcud olan fərdi müştəri bazasının böyüdülməsi və satış həcminin artırılması məqsədilə şirkət tərəfindən təqdim olunan sığorta məhsullarının və xidmətlərinin irəliləyişi üzərində işlənilməsi;
• Şirkətə müraciət edən müştərilərə mövcud QSWI-31 Telefon Mərkəzi və Ön Masa işçilərinin ünsiyyət bacarığı üzrə təlimatda nəzərdə tutulmuş standartlara (Salamlama, dinləmə qabiliyyəti,cavablama tərzi və s.) riayət edərək yüksək keyfiyyətli xidmət göstərilməsi;
• Sorğu vərəqələrinin müştərilər tərəfindən doldurulmasına nəzarət edilməsi, müvafiq tarif göstəricilərini və sığorta şərtlərini almaq üçün sifarişçi haqqında tələb olunan və əlavə informasiyanı Anderraytinq Şöbəsinə vaxtı-vaxtında təqdim edilməsi;
• Zərurət yarandığı halda sığorta obyektlərinə baxışı həyata keçirilməsi;
• Fərdi və bank müştərilərinə xidmət edir, müştəri tələbatına uyğun olaraq növbətçi olduğu zaman müvafiq sığorta növləri üzrə şəhadətnamələr yazılması;
• Vaxtı bitməkdə olan sığorta şəhadətnamələri üzrə müştərilərə zənglər edir və şəhadətnamələrin yenilənməsinin təmin edilməsi;
• Şirkətin əməkdaşlıq etdiyi partnyorların (agentlərin) maddi-texniki təminatına dəstək göstərilməsi;
• Birbaşa tabe olduğu rəhbərin tapşırığı ilə digər işlərin həyata keçirilməsi..
Bilik və bacarıqlar:
• Ali təhsil, biznes və ya marketinq sahəsində təhsilə üstünlük verilir.
• Əmlak satışı istiqamətində çalışan namizədlərə üstünlük verilir.
• Ünsiyyətçilik, çalışqanlıq, məsuliyyətlilik, dəqiqlik, öz fikirlərini təmiz ifadə etmək bacarığı, yaranan problemli vəziyyətləri tez həll etmək bacarığı, komandada çalışmaq bacarığı, təklif olunan məhsulu satmaq və tanıtmaq bacarığı;
• Azərbaycan və rus dilinin sərbəst biliyi, işgüzar ingilis dili biliyinə üstünlük verilir.
• Satış sahəsi üzrə təcrübəsi olan namizədlər (xüsüsən sığorta sahəsi üzrə təcrübəsi olan namizədlərə üstünlük veriləcəkdir)
Son müraciət tarixi: 20 fevral, 2020-ci il.
Zəhmət olmasa müraciət etdiyiniz vəzifənin adını “mövzü” bölməsində qeyd etməklə CV-nizi [email protected] ünvanına göndərin.