Show

17 Yanvar

"Ziraat Bank Azərbaycan" işçi axtarır – VAKANSİYA

Ziraat Bank Azərbaycan ASC Əməliyyat Mərkəzi Departamentinə Kreditlərin Rəsmiləşdirilməsi üzrə mütəxəssis / aparıcı mütəxəssis vəzifəsinə işə dəvət olunur

Vəzifəyə olan tələblər:

• Ali iqtisadi təhsil;
• Biznes kreditlər üzrə kredit mütəxəssisi və ya kreditlərin rəsmiləşdirilməsi üzrə arxa ofis işçisi vəzifəsində 3 il iş təcrübəsi;
• MS Office (MS Office Excel yaxşı səviyyədə) bilikləri;
• Türk, Rus və İngilis dil bilikləri müsbət qarşılanır;
• Kreditlərin rəsmiləşdirilməsi ilə əlaqədar müvafiq qanunvericiliyi bilmək (İpoteka haqqında Qanun, Mülki Məcəllə, kreditlərin verilməsi ilə əlaqədar Mərkəzi Bankın normativ aktları);

Əsas vəzifələr:

• Kredit Komitəsinin qərarına uyğun olaraq kreditlərin verilməsi ilə əlaqədar müqavilələrin hazırlanması (baş kredit, ipoteka, girov, kredit, qarantiya, kontur qarantiya, tələbin güzəşti, kredit xətti, faktorinq və digər müqavilələr);
• İmzalanan müqavilələrin proqram girişlərini icra etmək;
• İstifadə olunan kredit müqavilələrin və kreditin rəsmiləşdirilməsi prosesinin optimallaşdırılmasını təklif və təşkil etmək;
• Verilən bütün növ öhdəliklərin əvvəldən sonadək rəsmiləşdirilməsinə nəzarət etmək;
• Müqavilələrin filial və baş ofisdə standart arxivləşdirilməsini təşkil etmək;
• Rəsmiləşdirilən müqavilələrin qanunvericiliyə uyğun olaraq rəsmiləşdirilməsinin yoxlanması və bu sahədə standartların müəyyən edilməsi;
• Bankın Sahibkarlığın İnkişaf Fondu, AR İpoteka və Kredit Zəmanət Fondu (və digər qurumlar) ilə imzalanan müqavilələrdən irəli gələn qarşılıqlı tələblərin icra edilməsi;

Göstərilən tələblərə cavab verən namizədlər Fevral ayının 15-dək öz CV formalarını [email protected] elektron ünvanına təqdim etməlidirlər. Müraciət məktubunun mövzu hissəsində “Kredit arxa ofis” qeyd etməyiniz vacibdir.