Show

09 Yanvar

"Nurgun Holding" işçi axtarır – VAKANSİYA

Nurgun Holding Avtomobil üzrə Satış məsləhətçisi vəzifəsinə işçi axtarır.

Əmək haqqı: 1000-1200 AZN

İş barəsində:

• Satışı ilə məşğul olduğu brend və model haqqında müştərilərə məlumat vermək;
• Müştərilər üçün seçilmiş model üzrə sınaq yürüşləri təşkil etmək;
• Aktual satış kampaniyaları barəsində müştəriləri məlumatlandırmaq;
• Müştəriləri maraqlandıran sualları cavablandırmaq;
• Satışın stimullaşdırılması üçün tədbirlər görmək;
• Satılan avtomobili müştəriyə təhvil vermək;
• Avtomobillər və onların xüsusiyyətlərini tədqiq etmək, rəqibləri mütəmadi izləmək;

Tələblər:

• Ali təhsil;
• Dil bilikləri (Səlis nitq qabiliyyəti və Rus dili mütləqdir, ingilis dili əlavə üstünlükdür);
• Sürücülük vəsiqəsi;
• Satış sahəsində iş təcrübəsi (Avtomobil sahəsində təcrübəyə üstünlük verilir);
• Müştəri ilə işləmək bacarığı;
• Kompüterdə sərbəst işləmək bacarığı;
• Məsuliyyətli, dəqiq, ciddi, səliqəli olmalı;
• Normal xarici görünüşə sahib, ünsiyyətcil, öz üzərində işləməyə və inkişafa meylli şəxslərə üstünlük veriləcəkdir;
• Yaş həddi 25-35 arası.

Vakansiya ilə maraqlanan şəxslər şəkilli CV-ni (Azərbaycan və yaxud rus dilində) mövzu yerinə "avtomobil üzrə satış məsləhətçisi" yazmaqla [email protected] ünvanına göndərə bilərlər.