Show

29 Dekabr

"OBA" işçi axtarır – VAKANSİYA

OBA Maliyyə əməliyyatlarına nəzarət üzrə mütəxəssis vəzifəsinə işçi axtarır.

İş yeri: Bakı şəhəri
İş təcrübəsi: Vəzifə üzrə minimum 1 il
Təhsil: Ali təhsil
Yaş həddi: 25-35

Vəzifə öhdəlikləri:

- Mümkün maliyyə risklərinin və itgilərin qarşısının alınması məqsədi ilə əmək, xammal və mal material sərfiyyatına, maliyyə resurslarının istifadəsinə və uşotuna dair normaların, normativlərin, smetaların və onlardan istifadə qaydalarının olub-olmamasının yoxlanması.
- Qanunvericiliyin, normativ aktların, təlimatların, daxili sənədlərin, peşə etikası standartlarının tələblərinin pozulması faktlarının tətqiq edilməsi, uyğunsuzluqların və yaxud saxtakarlıq əlamətlərinin aşkara çıxarılması.
- Mühasibat uçotu və maliyyə hesabatlarının (vergi, DSMF, balans, gəlir və s.) düzgünlüyü və etibarlılığını yoxlanılması.
- Yoxlamaları keyfiyyətli həyata keçirmək və aparılmış yoxlamaların nəticələrinə, aşkar edilmiş yeni risklər, nöqsan və çatışmazlıqlara dair hesabatın və uyğun tədbirlər planının hazırlanması, rəhbərliyə təqdim edilməsi.
- İş bölgüsü əsasında şöbə tərəfindən verilmiş digər tapşırıqların icrası;

Tələblər:

- Microsoft Office proqramlarında peşəkar istifadəçi səviyyəsində işləmə qabiliyyətinin olması;
- 1C biliyi olanlara üstünlük verilir
- Dəqiqlik və detallara fikir vermə qabiliyyətinin olması;
- Məntiqi biliklərin və yüksək analitik qabiliyyətin olması;
- Komandada işləmək bacarığı;
- Stressə davamlılıq;
- Ölkədaxili ezamiyyət imkanlarının olması;
- İngilis dili biliyi yaxşı, Rus dili biliyi arzuolunandır.

Əmək haqqı: Müsahibə əsasında təyin olunur.

Təminatlar:

- Nahar ilə təmin edilmə.
- İş qrafiki: 5 günlük

Müraciət qaydaları: [email protected] elektron poçt ünvanına mövzu hissədə vəzifə adını - “Maliyyə əməliyyatlarına nəzarət üzrə mütəxəssis” yazıb CV göndərməklə müraciət edilir.