Bank VTB (Azərbaycan) ASC Satışlar və korporativ müştərilərə xidmət şöbəsinin mütəxəssisi vəzifəsinə işçi axtarır.
Tələblər:
- Ali iqtisadi təhsil;
- Sahə üzrə 1 illik iş təcrübəsi;
- Azərbaycan Respublikasının bank qanunvericiliyini bilmək;
- Yüksək ünsiyyət qurma və analitik qabiliyyət;
- Rus və Azərbaycan dillərində sərbəst danışmaq, bu dillərdə rəsmi yazışma aparma bacarığı;
- Ofis proqramlarını bilmək: Word, Excel, Outlook;
- Məsuliyyətlilik, ünsiyyətlilik və komandada işləmək bacarığı.
Vəzifələri:
- Hüquqi şəxslərin hesabları üzrə əməliyyatların aparılması
- Vergi və digər icra orqanları tərəfindən hesablara bağlı daxil olmuş sərəncamların icrası;
- Hüquqi şəxslərin ölkədaxili və xaricə bank köçürmələrinin müvafiq prosedurlara uyğun aparılması;
- Şöbənin fəaliyyətindən irəli gələn digər vəzifələrin icra edilməsi;
- Bank fəaliyyəti ilə bağlı qüvvədə olan hüquqi normalara riayət edilməsi;
- Müştərilərə yüksək səviyyədə xidmət göstərilməsinin təmin edilməsi;
- Müştəri ehtiyacının dəqiq analizi və çarpaz satışların həyata keçirilməsi;
- Yeni və mövcud müştərilərlə uzun müddətli əməkdaşlıq əlaqələrinin inkişaf etdirilməsi.
CV [email protected] elektron poçt ünvanına göndərilməlidir (CV vakansiyanın adını göstərməklə göndərilməlidir).