Show

24 Dekabr

"Azərbaycan Beynəlxalq Bankı" işçi axtarır – VAKANSİYA

“ABB” ASCDaxili Nəzarət departamentinin İstehlakçı müraciətləri ilə işşöbəsinə mütəxəssisvakansiyasıelan edir.

Özünə və peşəkar qabiliyyətlərinə güvənən, davamlı fərdi inkişafa və bərabər imkanlar mühitində karyera irəliləyişlərinə can atan, ən əsası isə Azərbaycan Beynəlxalq Bankı komandasının fəal üzvü kimi Bankın yeni uğur hekayəsinin bir hissəsinə çevrilmək istəyən hər bir uyğun namizəd bu imkanı dəyərləndirə bilər.

Komanda ruhunun gücünü hiss etmək, öz potensialınızı belə bir mühitdə reallaşdırmaq, daim öyrənərək biliklərinizi başqaları ilə də paylaşmaq və layiq olduqlarınızı əldə etmək üçün Sizi Azərbaycan Beynəlxalq Bankınınyaratdığı bu imkandan faydalanmağa çağırırıq.

Vəzifə öhdəlikləri:

  • Məlumat mərkəzindən yönəldilmiş şikayətlərin idarə edilməsi;
  • Bank Rəhbərliyinin adına yazılmış rəsmi müraciətlərin cavablandırılması;
  • Şikayət qutularına atılmış ərizələrin idarə edilməsi;
  • Sosial şəbəkələrdə yazılmış şikayətlərin idarə edilməsi;
  • Şikayət edən müştərilərlə görüş təşkil edərək problemlərinin həll edilməsi.                                                          

Tələb olunan səriştələr:

  • Problemləri həll etmə bacarığı;
  • Konfliktlərin idarə edilməsi;
  • Ünsiyyət bacarığı;

Vakant vəzifə üzrə tələblər:

  • Ali təhsil;
  • Bank sahəsində minimum 1 il iş təcrübəsi;
  • Microsoft Office (Word, Excel, Power Point) proqramları ilə sərbəst işləmək.

Bu iş sizə nələri qazandıracaq:

  • Bank sahəsində  iş proseslərini dərindən öyrənmək imkanı;
  • Müvafiq sahədə potensialınızı reallaşdırmaq imkanı;
  • Zəngin təcrübə qazanmaq və fərdi inkişaf imkanı;
  • Peşəkar sahədə geniş əlaqələr qurmaq imkanı;
  • Yüksək şəxsi və peşəkar keyfiyyətlərə malik  komandanın bir üzvü olmaq;
  • Adekvat əmək haqqı.

Göstərilən tələblərə cavab verən namizədlər CV-lərini 25 yanvar2020-ci il tarixinədək [email protected] elektron ünvanına göndərə bilərlər.

Məktubun mövzu hissəsində müraciət edilən vəzifə adınınİstehlakçı müraciətləri ilə işşöbəsinə mütəxəssisşəklində göstərilməsi xahiş edilir. Əks təqdirdə, müraciətiniz nəzərimizdən qaça bilər.

İşəqəbul prosesinin növbəti mərhələsi üçün yalnız seçilmiş namizədlərlə əlaqə saxlanacaq.

Əlavə məlumat üçün: www.ibar.az