Kapital Bank namizədləri Pərakəndə satış departamentinin Satış kanalları şöbəsinin Birbaşa satışlar bölməsi üzrə Kiçik mütəxəssis vəzifəsinə müraciət etməklə peşəkar komandanın üzvü olmağa dəvət edir.
Öhdəliklər
- Bankla partnyor, qeyri-partnyor olan təşkilatlara vizitlərin edilməsi və potensial müştərilərlə görüşlərin təşkili;
- Potensial müştərilərə bank məhsulları barədə təqdimatın keçirilməsi və müştəri tələbinin formalaşdırılması;
- Bank məhsullarını əldə etmək istəyən potensial müştərilərin müəyyən edilməsi, ilkin təhlili, qiymətləndirilməsi və Bankın filiallarına yönləndirilməsi;
- Bank məhsullarını əldə etmiş müştərilərin məmnuniyyət dərəcəsinin ölçülməsi və həmin müştərilər vasitəsilə digər potensial müştərilərə çıxış imkanlarının dəyərləndirilməsi;
- Satış prosesi ilə bağlı müvafiq hesabatların aparılması və s.
Tələblər
- Ali təhsil;
- Məsuliyyətlilik;
- Operativlik;
- Qərar qəbuletmə bacarığı;
- Kollektivdə işləmə bacarığı;
- Müştərilərlə danışma qabiliyyəti;
- Microsoft Office proqramları üzrə biliklər.
CV-lərinizi, mövzu hissəsində “Satış kanalları şöbəsinin Birbaşa satışlar bölməsi” qeyd etməklə [email protected]e-mail ünvanına göndərə bilərsiniz.