Show

20 Dekabr

“Mətanət A” işçi axtarır – VAKANSİYA

Mətanət A” şirkəti Daxili Auditor vəzifəsinə işçi axtarır.

İşin təsviri:

- Plan əsasında daxili audit yoxlamalarını aparmaq;
- Audit yoxlamaları nəticəsində şirkət siyasətlərinin, prosedurlarının, standartlarının və digər normativ sənədlərin tətbiq edilməsinə dair rəy bildirmək;
- Aparılan yoxlamaların nəticələri haqqında hesabat və təqdimat materiallarının hazırlanması;
- Daxili audit yoxlamaları zamanı mənimsəmə və saxtakarlıq faktlarının ortaya çıxarılmasını, qiymətləndirilməsini və sübuta yetirilməsini həyata keçirmək;
- Bütün növ iş sənədlərinin qorunub saxlanılmasını təmin etmək;
- Rəhbərliyin digər tapşırıqlarını yerinə yetirmək.

İş şəraiti:

- İş saatı: 09-00-dan 18-00-dək;
- İstirahət: Şənbə və bazar günü.

Əmək haqqı:

- Razılaşma yolu ilə.

Tələblər:

- Təhsil: Ali
- İş təcrübəsi: Minimum 3 il iş təcrübəsi olan;
- Yaş həddi: 25-45 yaş;
- Dil bilikləri: Azərbaycan və Rus dili (İngilis dili biliyi arzuolunandır)
- Kompüter bilikləri: 1C Proqramını və MS Office yaxşı səviyyədə bilmək;
- Xarici və daxili ezamiyyətlərə getmə imkanı;
- Şəxsi avtomobilin olması mütləqdir.

Şəxsi keyfiyyətləri:

- İşə planlı yanaşma;
- Yüksək ünsiyyət bacarığı;
- Nitq mədəniyyəti;
- Təmkinlilik, etibarlılıq, özünəinam;
- Səliqəli, təşkilatçı, operativ, bacarıqlı.

Əlavə tələblər:

- Analitik düşünmə və analiz qabiliyyətinin olması, işinə vicdanla yanaşan, dəqiq və dürüst olması tələb olunur.

Qeyd:

- CV-lərinizi mövzu sətrində vakansiyanın adını qeyd edərək [email protected] ünvanına göndərin.