Norm Sement Zavodu İnzibati Xidmətlər üzrə Köməkçi vəzifəsinə işçi axtarır
Əsas vəzifə və öhdəliklər:
• Şirkətə məxsus avtomobillərin və texnikaların yanacaqla təminatı
• Yeməkxanada işçilərin yeməkdən sonra siyahısını hazırlayıb, hesablanıb nəzarət edilməsi
• Tələb olunan mallar üçün sifarişlərin yaradılması, rezervasiyaların, bildirişlərin açılması və idarə edilməsi
• Şirkətə məxsus avtomobillərin dövri və cari təmirinə nəzarət edilməsi
• Tələb olunan miqdarda zavod ərazisinə suyun sifarişi, ərazidə yığılan tullantıların daşınması
• Nəqliyyatın idarə edilməsi, sənədlərin çatdırılması və nəqliyyatla bağlı digər fəaliyyətlər
• Ofis ərazisinin təmizliyinin təşkili, binada və ərazidə sıradan çıxmış hissələrin sifarişi
• Simsiz telsiz sisteminə nəzarət, onların təmirə göndərilməsi və təhvil-təslimi
• Sahə və parkinq xərclərinin idarə edilməsi, hesabatların hazırlanması
• Zavod ərazisindəki ofisə sifariş olunan malların siyahı ilə qəbul edib yoxlanması.
• Zavod ərazisində çalışan avtomobillərin həftəlik yürüşlərinin yazılması.
• Avtomobillər üçün buraxılış kartlarının hazırlanması
• Xaricdən gələn qonaqların daşınması və yerləşdirilməsinin təşkili
Tələblər:
• Ali bakalavr təhsili
• MS office proqramlarından istifadə bacarığı
• İngilis dili orta səviyyədə
Tələb olunan kompetensiyalar
• Müştəriyönümlülük
• Əməyin mühafizəsi qaydalarından xəbərdar olma
• Bütövlük
• Yenilikçilik
Tərcümeyi-hallarınızı [email protected] ünvanına göndərməyiniz və müraciət etdiyiniz vəzifənin adını mövzu xanasında qeyd etməyiniz xahiş olunur.
Tərcümeyi-halların təqdim olunması üçün son tarix: 30.12.2019