Kredit Mütəxəssisi (Bakı)
“KredAqro” Bank Olmayan Kredit Təşkilatı MMC Kredit Mütəxəssisi vəzifəsinə işçi axtarışı elan edir.
Tələb olunan keyfiyyətlər:
- Ali təhsil;
- Kredit sahəsində ən azı 1 (bir) il iş təcrübəsi;
- Azərbaycan dilində sərbəst danışmaq və yazmaq;
- Microsoft Office proqramlarında (Word, Excel) işləmək bacarığı;
- Məsuliyyət, düzgünlük, dəqiqlik və etibarlılıq kimi müsbət göstəricilərə sahib olmaq;
- Satış və təhlil bacarığı;
- Yaxşı ünsiyyət və komanda ilə işləmək bacarığı;
- Müştərilərlə davranış etikası.
İşin təsviri:
- Yeni müştərilərin cəlb edilməsi;
- Daxil olan müraciətlərin təhlili;
- Müraciətlərin risk cəhətdən qiymətləndirilməsi;
- Kredit fayllarının hazırlanıb kredit komitəsinə təqdim edilməsi;
- Kredit portfelinin monitorinqi və tamamlanmış işlər üzrə hesabatların hazırlanması.
İş şəraiti:
- İş qrafiki: 09:00 - 18:00 (Bazar ertəsi - Cümə);
- AR ƏM tələblərinə uyğun olaraq rəsmiləşdirilmə;
- Korporativ nömrə və iş görüşmələri zamanı avtomobil ilə təmin edilmə;
- Müvafiq sahədə təcrübənizi bizim komandada zənginləşdirmə imkanı.
Vakansiya ilə maraqlanan şəxslərdən CV – lərini [email protected] elektron ünvanına Subject/Mövzu hissəsində “Kredit Mütəxəssisi-Bakı” qeyd etməklə göndərmələri xahiş olunur.
“KredAqro” Bank Olmayan Kredit Təşkilatı MMC haqqında ətraflı məlumatı www.kredaqro.com web səhifəsindən əldə edə bilərsiniz.