"Buta Sığorta" şirkəti bir neçə vakansiya üzrə işçilərin qəbulunu elan edib. Bunlar tTəlim üzrə mütəxəssis və məlumat mərkəzinin (resepşn) mütəxəssisi vakansiyalarıdır. Bu iş yerləri üzrə təklif olunan əməkhaqları 300-650 manatdır.
Təlim üzrə mütəxəssis
Namizədə tələblər:
• Ali təhsilli olması;
• Təlim keçmək üzrə təcrübəyə malik olması;
• Power Point, Excel, Word proqramlarında işləmək bacarığı;
• Azərbaycan dilini əla, rus dilini yaxşı səviyyədə bilməsi;
• Səlis danışıq qabiliyyəti;
• Ünsiyyətcillik;
• Öyrənmək qabiliyyəti;
• İngilis dilini bilənlərə, müvafiq sahədə və sığorta sahəsində təcrübəsi olanlara üstünlük verilir.
• Yaş həddi: 22-30
Əsas vəzifə öhdəlikləri və iş barədə məlumat:
• Treninqlər təşkil etmək;
• Satış və sığorta nəzəriyyəsi üzrə treninqlər aparmaq;
• Treninq materiallarını hazırlamaq;
• İşçilərin təlimə ehtiyacı olan sahələri araşdırmaq və şirkətin təlim proqramına uyğun icra etmək;
• Korporativ tədbirləri təşkil etmək;
Əmək haqqı: 400-650 AZN
İş qrafiki: 6 günlük (şənbə yarım gün)
Maraqlanan şəxslərdən öz “CV”-lərini 20/10/2014 tarixinədək [email protected] ünvanına göndərmələri xahiş olunur
Məlumat Mərkəzinin mütəxəssisi (Resepşn)
Namizədə tələblər:
• Ali və ya orta ixtisas təhsilli olması;
• Word və Exceldə işləmək bacarığı;
• Gülərüz, ünsiyyətcil, səbrli, işgüzar görkəmli, səlis danışıq qabiliyyəti;
• Azərbaycan dilini əla, rus dilini yaxşı səviyyədə bilməsi;
• Müvafiq sahədə minimum 1 il iş təcrübəsi;
• Yaş həddi: 20-29
• Cinsi: Xanım
Əsas vəzifə öhdəlikləri və iş barədə məlumat:
• Şirkətə daxil olan zəngləri və sənədləri yönləndirmək;
• Müştəriləri qarşılamaq və yönləndirmək;
• Müştərilərdən daxil olan zənglərə ilkin məlumat vermək;
• Şirkətin digər ofisdaxili işlərini və rəhbərliyin tapşırıqlarını yerinə yetirmək;
Əmək haqqı: 300 AZN
İş qrafiki: 6 günlük (şənbə yarım gün)
Maraqlanan şəxslərdən öz “CV”-lərini 20/10/2014 tarixinədək [email protected] ünvanına göndərmələri xahiş olunur