SƏNAYE

20 Avqust

Türkiyə-Naxçıvan enerji əlaqələrinə dair yeni müqavilə hazırlanır

Yaxın zamanlarda Naxçıvan Dövlət Energetika Xidməti ilə Türkiye Elektrik İletim Anonim Şirketi (TEİAŞ) arasında enerji ixracı (mübadiləsi) ilə bağlı müvafiq “Əməliyyat Müqaviləsi”nin imzalanması planlaşdırılır.

Finss.az xidmətin məlumatına əsasən, xəbər verir ki, Türkiyə və Naxçıvan tərəfində olan ötürücü və paylayıcı yarımstansiyalar, elektrik verilişi xətlərinin mövcud vəziyyəti, sayğacların yerləşmə nöqtələri, rele-mühafizə sistemlərinin tətbiq sahələri, TEİAŞ və Xidmət arasında enerji ixracı (mübadiləsi) ilə bağlı müvafiq “Əməliyyat Müqaviləsi”nin bağlanılmasına görə sənədləşmə işlərinə dair qarşılıqlı müzakirələr aparılıb.

Türkiyə-Naxçıvan elektrik enerjisi idxalı-ixracı əlaqəsi haqqında ENTSO (European Network of Transmission System Operators) tərəfindən 75 meqavat ixrac (Türkiyə tərəf passiv ada rejimində olmalıdır), 40 meqavat idxal (Naxçıvan tərəf passiv ada rejimində olmalıdır) ötürməyə icazə verilib.