SƏNAYE

15 Avqust

Azərbaycanda kimya sənayesi, əczaçılıq məhsullarının, rezin və plastik kütlə məmulatlarının istehsalı artıb - CƏDVƏL

Bu ilin yanvar-iyul aylarında Azərbaycanda kimya sənayesi, əczaçılıq məhsullarının, rezin və plastik kütlə məmulatlarının istehsalı sahələrində 1 226,6 mln. manatlıq məhsul istehsal edilib.

Dövlət Statistika Komitəsindən Finss.az-a verilən məlumata görə, əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə əczaçılıq məhsullarının istehsalı 69,1%, rezin və plastik kütlə məmulatlarının istehsalı 25,3%, kimya sənayesi məhsullarının istehsalı isə 8,2% artıb.

Məlumata görə, kimya sənayesi məhsullarından karbamid istehsalı 94%, metanol istehsalı 13,2%, azot istehsalı 0,9%, rezin və plastik kütlə məmulatlarından polietilendən başqa, digər plastmas kisələr və çantalar istehsalı 3,0 dəfə, məsaməli plastik kütlədən sair plastinlər, lövhələr istehsalı 60,4%, polietilendən kisə və çantalar istehsalı 41,9%, plastmas butulkalar, flakonlar və oxşar məmulatlar istehsalı isə 21,3% artıb.

Kimya sənayesi, əczaçılıq məhsullarının, rezin və plastik kütlə məmulatlarının istehsalı sahələrində istehsal edilmiş əsas məhsullar:

Fuad Mədətov
Finss.az