SƏNAYE

15 Avqust

ABŞ-ın neft ehtiyatları 1 357 min barel artıb -EIA-nın HESABATI

Ötən həftənin yekunlarına əsasən, ABŞ-da kommersiya neft ehtiyatları 1 357 min barel artaraq ümumilikdə 430 678 min barelə çatıb. Bu, gözlənilməz bir artım olaraq analitik proqnozlarını alt-üst edib.

Finss.az-ın məlumatına görə, bu barədə ABŞ Energetika Nazirliyinin Energetika İnformasiyası Administrasiyasının (EIA) dərc etdiyi hesabatda bildirilir. Analitiklər isə əvvəlcədən ABŞ-ın kommersiya neft ehtiyatlarının 1 900 min barel azalacağını proqnozlaşdırmışdılar.

Qeyd edək ki, ABŞ-da neft ehtiyatları haqqında məlumatlar qlobal bazarlarda "qara qızıl"ın qiymətinə ciddi təsir göstərir. Bu artım, bazarda gözlənilməyən dəyişikliklərə və qiymətlərin tənzimlənməsinə səbəb ola bilər.

Fuad Mədətov
Finss.az