SƏNAYE

13 Avqust

Türkiyənin neftlə bağlı planları

Türkiyə neft hasilatında tarixi səviyyələrə çatıb. Gündәlik hasilat 100 min bareli ötüb.

Türkiyədə ilk kəşf 1940-cı ildə Batmandakı ‘’Raman-1’’ quyusunda edilib. Hazırda Türkiyədə 6 minə yaxın neft yatağı var. Bu quyuların təxminən 2500-dә neft hasil edilir. Finss.az xəbər verir ki, hazırda Türkiyənin 1,3 milyard ton neft ehtiyatı var.

Türkiyәnin әn böyük neft yarağı Qabarda yerlәşir. Şәhid Aybüke Yalçın və Şәhid Esma Çevik yataqlarında gündəlik 40 min bareldәn çox neft hasil edilir. Türkiyә 2024-cü ildә neft hasilatını 150 min barrelә, daha sonra isә 200 min barrelә çatdırmağı planlaşdırır.

Türkiyә Petrolları Anonim şirkәti (TPAO) Şәhid Aybüke Yalçın yatağındakı yeni kəşfin ümumi hәcminin tәxminәn 1 milyard barel, hasil edilə bilən hәcmin isə təxminən 600 milyon barrel olduğunu tәxmin edir.

Şırnakın istehsalda mühüm yeri olsa da, sözügedən sahələrin çox qısa müddətdə genişləndirilməsi gözlənilir.

Ötən il 214 yeni quyuda qazma işlərinə başlanılıb. Neft hasil edilən quyuların sayı 2 minə çatdı.

Ancaq bu, yalnız başlanğıcdır. Qeyd etmәliyik ki, çox qısa müddətdə Hakkari və Vanda yeni qazma işlәrinә başlanılacaq.

Uzunmüddətli perspektivdə 14 vilayətdə 18 yataqda neft kəşfiyyatı fəaliyyətlərinə başlanılacaq.

Bu әyalәtlәrә Qaziantep, Antalya, Çanaqqala, Şanlıurfa, Zonguldak, Diyarbəkir, Bartın, Karabük, Kastamonu, Elazığ, Ədirnə, Kahramanmaraş və Kilis daxildir.

Hasilatın artması ilə Türkiyə ilk növbədə neft ehtiyacının 20 faizini milli ehtiyatlardan ödəməyi planlaşdırır. Neft hasilatı xüsusilə cari kəsirin azalması baxımından böyük əhəmiyyət kəsb edir.

Yeni kəşflərin Türkiyə iqtisadiyyatına illik töhfəsinin 3 milyard dollardan çox olacağı təxmin edilir.

Qabardakı neftin sistemə sürətli şәkildә ötürülməsi üçün işlәr davam edir. İndiyədək rayonda 480 kilometr uzunluğunda avtomobil yolu salınıb.

Bundan əlavə, neftin boru kəməri vasitәsilә BOTAŞ-ın İdildəki stansiyasına nəqli üzrə işlər davam etdirilir. Xəttin yarıdan çoxunun tamamlandığı bildirilir. Neftin İdil stansiyasından Ceyhana və Dörtyola daşınması da ixrac baxımından böyük əhəmiyyət kəsb edir.