SƏNAYE

05 Avqust

Türkiyə tәbii qaz vә neftlә bağlı kәşfiyyat-axtarış fәaliyyәtlәrini sürәtlә davam etdirir

Türkiyə, Qara dəniz başda olmaqla, öz dəniz sahələrində təbii qaz və neft axtarışlarını sürətlə davam etdirir.

Finss.az xəbər verir ki, Qara dənizdəki "Sakarya" qaz yatağında Cümhuriyyət tarixinin ən böyük kəşfi reallaşıb. Rəsmi Ankara bu kəşfin quruya çatdırılması üçün donanmasını genişləndirir və qaz emalı platforması əlavə etməyi planlaşdırır.

Kipr adası ətrafındakı karbohidrogen böhranından sonra Türkiyə ilk seysmik kəşfiyyat gəmisini alıb. 2012-ci ildə "Barbaros Hayrettin Paşa" gəmisini inventarına daxil edən Türkiyə, 2015-ci ildə "Oruç Rəis" gəmisini, daha sonra isə "Fatih", "Yavuz", "Qanuni Sultan Süleyman" və "Abdülhəmid Han" qazma gəmilərini donanmasına əlavə edib.

Türkiyə, seysmik tədqiqatlar, qazma və saxlama gəmiləri ilə yanaşı, üzən qaz emalı platforması əlavə etməyə də hazırlaşır. Bu platforma, xam təbii qazı dənizin ortasında emal edərək Filyos boru kəmərinə ötürəcək. Sinqapurdan yola düşən və "Sakarya" qaz yatağında fəaliyyət göstərəcək gəminin təxminən 2 aydan sonra Filyos limanına çatması planlaşdırılır.