SƏNAYE

23 İyul

Ağdam Sənaye Parkında yeni istehsal sahəsi yaradılır

“Qarabağ Aqro 44” MMC-yə Ağdam Sənaye Parkının rezidenti statusu verilib.

Fins.az xəbər verir ki, İqtisadi Zonaların İnkişafı Agentliyindən verilən məlumata görə, müəssisədə sucuq istehsalı həyata keçiriləcək. İnvestisiya dəyəri 1,4 milyon manat olan müəssisədə 20 nəfər işlə təmin ediləcək. İstehsal olunan məhsulların daxili bazara satılması ilə yanaşı ixracı da nəzərdə tutulur.