SƏNAYE

11 İyul

“AzerGold”dan 8 il ərzində məşğulluğa mühüm töhfələr

“AzerGold” QSC 8 ildir ki, fəaliyyət göstərdiyi bölgələrdə daimi iş yerləri yaradaraq, regionda məşğulluğun artırılmasına töhfə verir, işçiləri tam təhlükəsiz, layiqli əmək şəraiti ilə təmin edir.

Hazırda “AzerGold” və onun törəmə şirkətləri - “Daşkəsən Dəmir Filiz” MMC və “AzerBlast” MMC-də çalışan əməkdaşların sayı ümumilikdə 989 nəfər (“AzerGold” da 696 nəfər, törəmə şirkətlərdə 293 nəfər) təşkil edir.

Səhmdar Cəmiyyətin fəaliyyəti nəticəsində podratçı şirkətlərlə bərabər 2000 nəfərdən çox insan üçün daimi iş yeri yaradılıb. Bu müddət ərzində təhlükəsiz iş saatlarının sayı isə 6,5 milyona çatıb.