SƏNAYE

10 İyul

Nazir Pərviz Şahbazov "Abşeron"dan hasil edilən qazın həcmini açıqladı

Abşeron qaz-kondensat yatağından İlkin Hasilat Sxemi (İHS) mərhələsi üzrə bir il ərzində 1.5 mlrd. m3-dən çox qaz və təxminən 580 min ton kondensat hasil edilib.

Fins.az-ın xəbərinə görə, bu barədə energetika naziri Pərviz Şahbazov özünün "X" sosial şəbəkəsindəki paylaşımında qeyd edib.

“Abşeron”un mərhələli inkişafı, illik hasilatın 1,5 mlrd. m3-dən 6 mlrd. m3-dək çatdırılması ilə bağlı planlar ölkəmizin, eləcə də regional və avropalı tərəfdaşlarımızın enerji təhlükəsizliyinə mühüm töhfədir", - nazir paylaşımda qeyd edib.

Fuad Mədətov
Fins.az