SƏNAYE

03 May

Azərbaycan təbii qazının Bolqarıstanın daxili tələbatının 76,6 faizini ödəyəcək

Bolqarıstan mətbuatının məlumatına əsasən, may ayında Bolqarıstan-Yunanıstan İnterkonnektoru (IGB) vasitəsilə nəql edilən Azərbaycan təbii qazının Bolqarıstanın daxili tələbatının 76,6 faizini ödəcəyi proqnozlaşdırılır.

Fins.az xəbər verir ki, Bolqarıstan-Yuna­nıstan qaz kəməri 2022-ci il oktyabrın əvvəlində kommersiya istismarına ve­rilib. IGB Xəzər dənizinin Azərbaycan sektorundakı “Şahdəniz” qaz-konden­sat yatağının istismarının II mərhələsi çərçivəsində hasil edilən “mavi yana­cağ”ın Bolqarıstana nəqlini nəzərdə tutur. “Bulgargaz EAD” dövlət şirkəti “Şahdəniz-2” yatağından 1 milyard ku­bmetr qazın tədarükü üçün “Şahdəniz” konsorsiumu ilə müqavilə imzalayıb.

Ümumi uzunluğu 182 kilometr olan boru kəmərinin 150 kilometrlik hissəsi Bolqarıstan ərazisindən keçir. Kəmə­rin illik ötürücülük qabiliyyətinin 3-5 milyard kubmetr olacağı