SƏNAYE

05 Mart

ARDNF AÇG və Şahdəniz yataqlarından əldə olunan gəliri AÇIQLAYIB

Azərbaycan Respublikası Dövlət Neft Fondu (ARDNF) AÇG və Şahdəniz yataqlarından əldə olunan gəlirləri açıqlayıb.

ARDNF-dən Fins.az-a verilən məlumata görə, AÇG yatağından -(01.01.2024 - 01.03.2024 tarixinə): 862,0 mln. ABŞ dolları, Şahdəniz yatağından (qaz və kondensat) - (01.01.2024 - 01.03.2024 tarixinə): 78,5 mln. ABŞ dolları gəlir əldə olunub.

Qeyd edək ki, Şahdəniz yatağı üzrə kondensatın satışından əldə olunan gəlirlər – (01.01.2024 - 01.03.2024 tarixinə): 15,7 mln. ABŞ dolları təşkil edib.

Günel Məlikzadə
Fins.az