SƏNAYE

06 Fevral

2023-cü ildə BP-nin mənfəəti 50% azalıb - HESABAT

BP-nin maliyyə nəticələrinə dair açıqlamasına əsasən, BP-nin ötən ilin dördüncü rübündə mənfəəti əvvəlki ilin eyni dövrü ilə müqayisədə 37,8 faiz azalaraq 2,9 milyard dollar müəyyən edilib.

Fins.az xəbər verir ki, şirkətin mənfəəti ötən il 2022-ci illə müqayisədə 50 faiz azalaraq 13,8 milyard dollara düşüb. Bu azalmada neft və qazın qiymətinin aşağı düşməsi və emal marjasının azalması təsirli olmuşdur.

Şirkətin mənfəəti azalmaya baxmayaraq analitiklərin gözləntilərini üstələsə də, BP səhmlərinin geri alınmasını sürətləndirmək qərarına gəldi və bu ilin birinci yarısı üçün 3,5 milyard dollarlıq səhm geri alacağını açıqladı.

BP-nin Baş İcraçı Direktoru (CEO) Murray Auchincloss nəticələri dəyərləndirərkən şirkətin 2023-cü ildə güclü əməliyyat göstəricisi nümayiş etdirdiyini bildirib və deyib: "BP-nin dəyərinin artırılmasına diqqət yetirməklə məqsədimiz dəyişməyib. Biz əminik ki, strategiyamız daha sadə, daha diqqətli və yüksək dəyərə malik bir şirkət olaraq və biz səhmdarlarımız üçün uzunmüddətli müvəffəqiyyət təmin edəcəyik. Biz uzunmüddətli dəyər yaratmağa qərarlıyıq".

Günel Məlikzadə
Fins.az