SƏNAYE

17 Yanvar

ADNOC 2023-cü ilin yayından "Abşeron" layihəsində 30 faiz payla iştirak edir - SOCAR və ADNOC rəsmiləri görüşdü

Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) prezidenti Rövşən Nəcəf Davosda keçirilən Dünya İqtisadi Forumu (DİF) çərçivəsində bir sıra görüşlər keçirib.

Fins.az bu barədə SOCAR prezidenti sosial şəbəkələrdəki hesabında paylaşım edib.

"Xüsusən, Əbu-Dabi Milli Neft Şirkətinin (ADNOC) aşağı karbon həlləri və beynəlxalq inkişaf üzrə icraçı direktoru Musabbeh Al Kaabi ilə görüş zamanı "strateji dialoq" baş tutub.

"Xəzər dənizində "Abşeron" yatağından qaz hasilatı layihəsi, aşağı karbonlu həllər və bərpa olunan enerji mənbələri, gələcək əməkdaşlıq üçün potensial imkanlar müzakirə olunub", - R.Nəcəf qeyd edib.

Qeyd edək ki, ADNOC 2023-cü ilin yayından "Abşeron" layihəsində 30 faiz payla iştirak edir, onilliyin sonunda layihə üzrə qaz hasilatı ildə 5-6 milyard kubmetrədək çata bilər.

Rövşən Nəcəf Davosda həmçinin, ABŞ-nin iqlim üzrə xüsusi nümayəndəsinin müavini Rik Dyukla məhsuldar müzakirələr keçirib.

"Dekarbonizasiya, iqlim problemləri, planetin dayanıqlı gələcəyinə yardım sahəsində potensial əməkdaşlıq müzakirə olunub", - deyə SOCAR prezidenti sosial şəbəkə hesabında yazıb.

Fuad Mədətov
Fins.az