SƏNAYE

27 Noyabr

Azərbaycanda avtomobillərin istehsalı artıb

Bu ilin yanvar-oktyabr aylarında Azərbaycanda 2 376 ədəd minik avtomobili istehsal olunub.

Dövlət Statistika Komitəsindən Fins.az-a verilən məlumatına görə, ötən ilin eyni dövrünün göstəricisi ilə müqayisədə avtomobil istehsalı 45,4 faiz və ya 742 ədəd artıb.

Cari ilin sentyabr ayı ilə müqayisədə isə oktyabrda istehsal həcmində 58,3 faiz artım qeydə alınıb. Oktyabr ayında ölkədə 266 ədəd minik avtomobili istehsal olunub. Noyabr ayının 1-nə hazır məhsul ehtiyatı 485 avtomobil təşkil edib.

Fuad Mədətov
Fins.az