SƏNAYE

16 İyun

Azərbaycan Pakistana güzəştli şərtlərlə LNG tədarük edəcək

Azərbaycan iyul ayından Pakistana güzəştli şərtlərlə mayeləşdirilmiş təbii qaz (LNG) tədarükünə başlayacaq.

Fins.az TASS-a istinadən xəbər verir ki, bu barədə Pakistanın Baş naziri Şahbaz Şərifin ofisi məlumat yayıb.

Məlumatda deyilir ki, Azərbaycandan LNG idxalına başlanılması bu ay Rusiyadan neftin ilk partiyasını aldıqdan sonra Pakistanın enerji ehtiyaclarını ödəməkdə əldə etdiyi ikinci böyük nailiyyət olub.

Qeyd edilib ki, LNG tədarükü Pakistan Dövlət Neft Şirkəti (PSO) ilə Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) arasında bağlanmış müqavilə əsasında həyata keçiriləcək.