SƏNAYE

13 İyun

SOCAR Etilen-Polietilen zavodunda baş verən yanğınla bağlı məlumat yayıb

13 iyun 2023-cü il tarixində “Azərikimya” İstehsalat Birliyinin Etilen-Polietilen zavodunda Qaz məhsullarının qəbulu və buraxılışı sahəsində yanğın baş verib. İlkin ehtimala görə yanğın xammal tutumunda baş verib.

Fins.az xəbər verir ki, bu barədə "SOCAR Downstream Management" MMC məlumat yayıb.

Məlumata görə, yanğın qeydə alındıqdan sonra Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri dərhal hadisə yerinə cəlb olunub. Hazırda müvafiq soyutma tədbirləri fasiləsiz olaraq davam etdirilir.

Məlumata görə, yanğın zamanı bir nəfər yüngül xəsarət alıb.

“Hadisə ilə bağlı ictimaiyyətə əlavə məlumat veriləcək”, - məlumatda qeyd olunur.