SƏNAYE

26 May

BTC vasitəsilə Türkiyə ərazisindən nəql edilən neftin həcmi 6% artıb

Bu ilin yanvar-aprel aylarında Türkiyə ərazisi ilə Bakı-Tbilisi-Ceyhan (BTC) kəməri vasitəsilə 74 140 min barel neft nəql edilib ki, bu da illik müqayisədə 6,35% çoxdur.

Fins.az xəbər verir ki, bu barədə Türkiyənin borularla nəqletmə operatoru olan "BOTAŞ" şirkəti məlumat yayıb.

Məlumata görə, ötən ilin müvafiq dövründə BTC kəmərilə Türkiyə ərazisilə 69 713 min barel neft nəql edilib.

Qeyd edək ki, 2022-ci ildə Türkiyə ərazisi ilə BTC kəməri vasitəsilə 225 445 min barel neft nəql edilib ki, bu da illik müqayisədə 12,64% çoxdur.

Xatırladaq ki, BTC kəməri ilə Azərbaycanın "Azəri-Çıraq-Günəşli" yataqlarından hasil edilən neft idxal edilir. Bundan başqa, kəmər vasitəsilə digər istehsalçıların nefti də Türkiyə ərazisinə göndərilir.