SƏNAYE

12 May

Ötən il “Petkim” 900 milyon dollarlıq ixrac həyata keçirib

Ötən il “Petkim” zavodu 3 milyard dollar həcmində məhsul istehsal edib və 900 milyon dollarlıq ixrac həyata keçirib.

Fins.az xəbər verir ki, bu sözləri “SOCAR Türkiyə”nin baş icraçı direktoru vəzifəsinin icraçısı Elçin İbadov deyib.

"Şirkətin əsas məqsədi Türkiyənin daxili bazarını təmin etməkdən ibarət olsa da, əlavə məhsulların ixracı da həyata keçirilir. İxrac ilə əlaqədar bəzi planlar üzərində işlər aparılır" - E.İbadov bildirib.

Vüqar Bağırov
Fins.az