SƏNAYE

12 May

Hazırda Türkiyənin petrol kimya bazarının 12%-İ Petkimin payına düşür - Anar Məmmədov

Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) Türkiyəyə ümumi investisiyaların həcmi 18 milyard ABŞ dolları təşkil edir.

Fins.az xəbər verir ki, bunu "SOCAR Türkiyə" Emal və Neft-Kimya bölməsinin rəhbəri və "Petkim Petrokimya Holding"in Baş direktoru Anar Məmmədov bu gün keçirilən mətbuat konfransında bildirib.

“Bu investisiyaların 10 milyard ABŞ dolları yalnız İzmir şəhərinin Əliağa bölgəsinə edilib. Bu gün "SOCAR Türkiyə"nin neft-kimya məhsullarında bazar payı 12 % təşkil edir. Şirkət ölkənin neft məhsullarına olan tələbatın 25 %-inin qarşılaya bilir".

O qeyd edib ki, "SOCAR Türkiyə" Türkiyənin dizel yanacağında olan ehtiyacını 20-25 %-ni təmin edir.

A.Məmmədov onu da vurğulayıb ki, təkcə Star Neft Emalı Zavoduna 6,7 milyon dollarlıq investisiya qoyulub:

“Hazırda Türkiyənin petrol kimya bazarının 25%-i Star Neft Emalı Zavodunun, 12% isə Petkimin payına düşür.”

Vüqar Bağırov
Fins.az