SƏNAYE

01 May

Azərbaycanda qaz kondensatının istehsalı azalıb

Bu ilin yanvar-mart aylarında Azərbaycan 1 289,07 min ton qaz kondensatı hasil edib ki, bu da illik müqayisədə 1,5% azdır.

Dövlət Statistika Komitəsindən Fins.az-a verilən məlumata görə, 2022-ci ilin müvafiq dövründə ölkədə 1 308,7 min ton qaz kondensatı istehsal edilib.

Məlumata əsasən, hesabat dövründə Azərbaycanda istehsal edilən qaz kondensatın 1 281,97 tonu əmtəəlik məhsulun payına düşüb ki, bu da illik müqayisədə 1,04% azdır. Belə ki, 2022-ci ilin yanvar-mart aylarında bu göstərici 1 295,4 min ton səviyyəsində olub.

Xatırladaq ki, ötən il Azərbaycan 5 019,33 min ton qaz kondensatı hasil edib ki, bu da illik müqayisədə 6,04% azdır. Hesabat dövründə ölkədə istehsal edilən qaz kondensatın 4 987,89 tonu əmtəəlik məhsulun payına düşüb ki, bu da illik müqayisədə 6,3% azdır.