SƏNAYE

28 Aprel

Dünya Bankı Avropa və ABŞ-da qazın qiyməti üzrə proqnozunu kəskin azaldıb

Dünya Bankı 2023-2024-cü illər üçün Avropa və ABŞ-da təbii qazın orta qiyməti üzrə proqnozlarını azaldıb.

Bu barədə Fins.az Dünya Bankı əmtəə bazarları ilə bağlı növbəti hesabatına istinadən xəbər verir.

Hesabata əsasən, 2023-cü ildə Avropada qazın qiyməti 1 mln. BTU-ya (British thermal unit – Britaniya istilik vahidi, 26,8 kubmetrə bərabərdir ) görə 19 ABŞ dolları təşkil edəcək, bu da öncəki proqnoz göstəricidən 13 bənd azdır. 2024-cü ildə qiymətin azalacağı ehtimal olunur və onun 17 dollar səviyyəsində olacağı qeyd edilir (öncəki proqnoz göstəricidən 11 bənd azdır).

Bankın məlumatına əsasən, 2022-ci ildə Avropada qazın qiyməti 1 mln. BTU üçün 40,3 dollar səviyyəsində olub, bu da cari il üçün verilən proqnoz göstəricidən 52,9% çoxdur.

Hesabatda qeyd edilir ki, ABŞ-da təbii qazın orta qiyməti 1 mln. BTU üçün 2023-cü ildə 2,7 dollar təşkil edəcək, bu da əvvəlki proqnoz göstəricidən 3,5 bənd azdır. 2024-cü ildə ABŞ-da qiymətin artacağı ehtimal olunur və onun 3,7 dollar səviyyəsində olacağı qeyd edilir (öncəki proqnoz göstəricidən 2,3 bənd azdır).

Qeyd olunur ki, 2022-ci ildə ABŞ-da təbii qazın orta qiyməti 1 mln. BTU üçün 6,4 dollar təşkil edib, bu da cari il üçün verilən proqnoz göstəricidən 57,6% azdır.