SƏNAYE

14 Aprel

Azərbaycan və ABŞ yaşıl enerji üzrə əməkdaşlıq edə bilər - FOTO

Energetika naziri Pərviz Şahbazov Amerika Birləşmiş Ştatlarının (ABŞ) Azərbaycandakı müvəqqəti işlər vəkili Hüqo Qevaranı qəbul edib.

Fins.az Energetika Nazirliyinə istinadən xəbər verir ki, görüşdə Azərbaycan və ABŞ arasında enerji sahəsində qarşılıqlı əməkdaşlığın perspektivləri, xüsusilə yaşıl enerji üzrə əməkdaşlıq imkanları müzakirə edilib.

Həmçinin görüşdə ABŞ şirkətlərinin enerji sahəsində digər infrastruktur layihələrində iştirakına maraq ifadə olunub və qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

Fuad Mədətov
Fins.az