SƏNAYE

30 Noyabr

2023-cü ildə “TotalEnergies” Xəzərdə “Abşeron” yatağında hasilata başlayandan sonra ARDNF-yə 21 milyon dollara yaxın vəsait ödəyəcək

2023-cü ildə Dövlət Neft Fondu (ARDNF) “Abşeron” yatağında hasilata başlanması ilə əlaqədar Fransanın “TotalEnergies” şirkətindən $20,8 milyon məbləğində bonus əldə etməyi planlaşdırır.

“Gələn il “TotalEnergies” şirkətindən birdəfəlik bonus olaraq ARDNF-yə daxilolmalar $20,8 milyon səviyyəsində nəzərdə tutulur. Şirkət “Abşeron” yatağında hasilata başlayandan 30 gündən sonra ödəyəcək”.

Noyabrın 25-də Azərbaycan prezidenti İlham Əliyev bəyan edib ki, 2023-cü ildə Xəzərdə “Abşeron” yatağında qaz hasilatına başlanması planlaşdırılır.

“Abşeron” yatağının işlənməsi ilə “SOCAR Absheron” (50%) və “TOTAL EP Absheron” (50%) tərəfindən təsis edilmiş “Joint Absheron Petroleum Operating Company” (JOCAP) məşğul olur. Müqavilə 30 il müddətinə imzalanıb. Müqavilə sahəsi 747 kv. km təşkil edir.

“Abşeron” bloku Bakıdan 100 km məsafədə, dənizin 500 metr dərinliyində yerləşir. Yataq 350 milyard kubmetr qaz və 45 milyon ton kondensat ehtiyatına malikdir.

 (c) İnterfaks-Azərbaycan