SƏNAYE

28 Noyabr

“Qazprom” Moldovaya qaz tədarükünü azaltmayacaq

Rusiyanın enerji şirkəti Qazprom, saxlanılan qaz üçün lazımi ödəniş edildikdən sonra Ukrayna üzərindən Moldovaya təbii qaz nəqlini azaltmamaq qərarına gəldiyini açıqladı.
"Fins.az" xəbər verir ki, Rusiyanın enerji şirkəti “Qazprom”dan verilən yazılı açıqlamada Moldovaya göndərilən təbii qazın bir hissəsinin Ukraynada saxlandığı xatırladılıb.

Moldova tərəfinin söz mövzusu qaz üçün lazımi ödənişi Qazprom-a etdiyi bildirilən açıqlamada bu səbəbdən təbii qaz nəqlinin azaldılmamasına qərar verildiyi bildirilib.

Bəyanatda Moldovanın müqavilə öhdəliklərini tez-tez pozduğu və “Qazprom”un qaz nəqlini tamamilə dayandırmaq hüququnu özündə saxladığı vurğulanıb.

“Qazprom”un noyabrın 22-də verdiyi açıqlamada Moldovaya göndərilən təbii qazın bir hissəsinin Ukraynada qaldığı, vəziyyətin belə davam edəcəyi təqdirdə noyabrın 28-dən etibarən Ukrayna üzərindən qaz nəqlinin azalacağı bildirilib.