SƏNAYE

18 Noyabr

Böyük Britaniyada günəş enerjisi ilə işləyən ilk xəstəxana - FƏALİYYƏTƏ BAŞLAYIB

Uelsin cənubundakı Suonsi şəhərində yerləşən Morriston xəstəxanası elektrik enerjisini tam şəkildə günəş enerjisindən alan ilk xəstəxana olub.

"Fins.az" xəbər verir ki, bu barədə bu gün Uelsin Səhiyyə Xidməti bildirib.

Qeyd olunub ki, xəstəxananın elektrik enerjisi tələbatı günəş batareyaları vasitəsilə təmin olunacaq.

Hesablamalara əsasən, bu hər il 1 milyon funt sterlinqə yaxın vəsaitə qənaət etməyə imkan verəcək. (Trend)