SƏNAYE

17 Noyabr

“Azərbaycandan Avropaya neft və qaz tədarükünün həcminin artdığını müşahidə edirik”

Biz çoxdan enerji təchizatının genişlənməsinin tərəfdarıyıq. Görürük ki, Rusiyadan hədsiz dərəcədə asılı olan bütün ölkələr başqa təchizat mənbələri axtarırlar. Bu kontekstdə Azərbaycan mühüm rol oynayır”.

 “Fins.az" “TASS”a istinadən xəbər verir ki, bunu ABŞ dövlət katibinin Avropa və Avrasiya məsələləri üzrə köməkçisi Karen Donfrid deyib.

O bildirib ki, ABŞ administrasiyası hesab edir ki, Rusiya idxalından asılılığını azaltmağa Azərbaycanın Avropa ölkələrinə enerji ixracı kömək edəcək:

“Biz Rusiyadan tədarükdən uzaqlaşdıqca, Azərbaycandan Avropaya neft və qaz tədarükünün həcminin artdığını müşahidə edirik”.