SƏNAYE

15 Noyabr

"Azəristiliktəchizat" bu il istifadə etdiyi qaza görə "Azəriqaz"a tam ödəniş edib

"Azəristiliktəchizat" ASC tərəfindən bu ilin 10 ayında istifadə edilən qazın dəyəri SOCAR "Azəriqaz" İstehsalat Birliyinə tam ödənilib.

Fins.az-ın verdiyi xəbərə görə, bu barədə istilik mövsümünün başlanmasına həsr olunmuş brifinq zamanı "Azəristiliktəchizat" ASC-nin sədri vəzifəsini müvəqqəti icra edən İlham Mirzəliyev bildirib.

Onun sözlərinə görə, bu məsələnin həlli istiqamətində hər iki tərəf sıx əməkdaşlıq aparıb və bütün suallara aydınlıq gətirilib.

İ.Mirzəyev onu da qeyd edib ki, istilik mövsümünün başlanılması çərçivəsində bütün qazanxanalara qazın açılışı tam təmin olunub və ASC-in balansında olan 564 qazanxana qaz təchiz olunub.