SƏNAYE

14 Noyabr

TRACECA üzrə yükdaşımalar 24 %-dən çox artıb

Bu ilin yanvar-sentyabr aylarında Avropa-Qafqaz-Asiya nəqliyyat dəhlizinin (TRACECA) Azərbaycan hissəsində daşınmış yüklərin həcmi 37 829,6 min ton, yük dövriyyəsi isə 9435,5 milyon ton-km olub.

Fins.az xəbər verir ki, bu barədə Dövlət Statistika Komitəsi məlumat yayıb.

Məlumata görə, bunlar, ötən ilin eyni dövrü ilə müqayisədə müvafiq olaraq 24,4 % və 31,5 % artım çoxdur.

10 ay ərzində yüklərin 20 376,1 min tonu və yaxud 53,9 %-i avtomobil nəqliyyatı, 12 435,7 min tonu və yaxud 32,9 %-i dəmir yolu nəqliyyatı, 5 017,8 min tonu və yaxud 13,2 %-i dəniz nəqliyyatı ilə daşınıb.

Dəhliz vasitəsilə daşınmış yüklərin 27,4 %-ni və yaxud 10 352,5 min tonunu tranzit yüklər təşkil edib.