SƏNAYE

14 Noyabr

Bakı limanı ilə daşınan yüklərin 90%-i tranzit yüklərin payına düşür

Bu ilin yanvar-oktyabr aylarında "Bakı Beynəlxalq Dəniz Ticarət Limanı” 5 mln. 356 min ton yük aşırıb, bu da illik müqayisədə 14% artım deməkdir.

Bu barədə jurnalistlərə limanın mətbuat katibi Elmar Həbibli bildirib.

Elmar Həbibli onu da qeyd etdi ki, hesabat dövründə liman vasitəsi ilə 44 mindən çox konteyner aşırılıb ki, bu da 28% artım deməkdir. O əlavə etdi ki, hesabat dövründə liman tərəfindən 41 mindən çox təkərli texnika aşırılıb, bu da illik müqayisədə 31,5% çoxdur.