SƏNAYE

02 Noyabr

Nazir müavini: Mingəçevir İES-in modernləşdirilməsi çərçivəsində neçə yüz milyon təbii qaza qənaət edilməsi hədəflənir

Stansiyanın modernləşdirilməsi çərçivəsində bir neçə yüz milyon təbii qaza qənaət edilməsi hədəflənir.

“Fins.az” xəbər verir ki, bunu BMT-nin “DİM Dialoqları” təşəbbüsü çərçivəsində keçiriləcək “Azərbaycanda Yaşıl transformasiya” adlı konfransda Energetika nazirinin müavini Elnur Sultanov deyib.

O bildirib ki, Mingəçevirdə Azərbaycanın ən böyük İstilik Elektrik Stansiyası fəaliyyət göstərir.Bizdə elektrik enerjisinin 95%-dən çoxu təbii qazdan əldə olunur. Mingəçevir stansiyası 2400 meqavatt gücündə olan stansiyadır.Ölkədə ümumi qoyuluş gücü 8 meqavatdır.Yəni nisbət olaraq nə qədər böyük fərq olduğunu görmək mümkündür.Ən səmərəsiz stansiyalardan biri idi.

Elnur Sultanov stansiyasının modernləşməsindən gözlənilən nəticələri açıqlayaraq "Bunun modernləşdirilməsi çərçivəsində bir neçə yüz milyon təbii qaza qənaət edilməsi hədəflənir.2 il ərzində həyata keçirilməsi planlaşdırılır.Təbii qaz nə deməkdir əlbəttə ki, ixrac imkanı deməkdir.Azərbaycanın daxili istehlak imkanlarını təminatı deməkdir. Eyni zamanda da bu günkü konfrans çərçivəsində kifayət qədər istixana qazlarının azaldılması anlamına gəlir"-deyə qeyd edib.

Müəllif:Aynur Qəniyeva