SƏNAYE

31 Oktyabr

"Azərkosmos” 35 ölkəyə 2,1 milyon ABŞ dollarılıq xidmət ixrac edib

2022-ci ilin yanvar-sentyabr aylarında “Azərkosmos” tərəfindən dünyanın 38 ölkəsinə 19,3 milyon ABŞ dolları dəyərində xidmət (peyk telekommunikasiya xidmətləri və optik peyk xidmətləri) ixrac edilib.

"Fins.az" xəbər verir ki, bu barədə İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin təqdim etdiyi  “İxrac icmalı”nın oktyabr sayında məlumat verilib. 

Məlumata görə, “Azərkosmos”-un xidmət ixracından əldə etdiyi gəlir onun ümumi gəlirlərinin 82 faizini təşkil edib. 2022-ci ilin sentyabr ayında isə “Azərkosmos” dünyanın  35 ölkəsinə 2,1 milyon ABŞ dolları dəyərində xidmət ixrac edib.