“Mövcud dəniz platformalarından qazın nəqli üçün Türkmənistan və Azərbaycan arasında 78 kilometrlik Transxəzər birləşdirici qaz kəmərini inkişaf etdirməliyik”.
Bu barədə Aşqabadda keçirilən “Türkmənistanın neft və qazı - 2022” beynəlxalq konfransında Xəzər dənizinin Türkmənistan sektorunda investisiya imkanlarına həsr olunmuş sessiyada “Trans Caspian Resources, Inc” Məsləhət Komitəsinin direktoru Natali Kostello danışıb.
O bildirib ki, ideya Türkmənistandakı mövcud dəniz hasilat müəssisələrindən təbii qazı Azərbaycandakı mövcud dəniz platformalarına göndərməkdir; 10-12 milyard kubmetr tutumlu bu qaz kəməri Türkmənistanda hasil edilən qazı Cənub Qaz Dəhlizi ilə birləşdirəcək.
“Amerikalı ixtiraçı Tomas Edison bir dəfə demişdi: “İdeyanın dəyəri onun istifadəsindədir”. Transxəzər qaz kəməri ideyası son iki onillikdə ayrı-ayrı şirkətlər tərəfindən irəli sürülüb, bu ideyadan istifadə edib onu həyata keçirməyin vaxtı çatıb”, - deyə Natali Kostello bildirib.