2022-ci ilin yanvar-sentyabr aylarında Naxçıvan Muxtar Respublika iqtisadiyyatında bir işçiyə hesablanmış orta aylıq əməkhaqqı 595,6 manata çatdırılıb.
Bu barədə muxtar respublikanın Dövlət Statistika Komitəsindən məlumat verilib.
Bu da 2021-ci ilin müvafiq dövrü ilə müqayisədə 9,4 % çoxdur.
Xatırladaq ki, bu ilin yanvar-avqust aylarında ölkə iqtisadiyyatında muzdla çalışan işçilərin orta aylıq nominal əməkhaqqı 2021-ci ilin müvafiq dövrünə nisbətən 14,3 % artaraq 829 manat təşkil edib. Əməkhaqqı neft-qaz sektorunda 3 485,5 manat, qeyri neft-qaz sektorunda 778,1 manat təşkil edib. Dövlət müəssisələrində çalışan işçilərin əməkhaqları 780,1 manat, özəl müəssisələrdə isə 884,5 manat olub.